Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə işgüzar müşavirə keçirəcək.
Teleqraf xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, müşavirənin hansı mövzuda keçiriləcəyi barədə məlumat daha sonra açıqlanacaq:
“Prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə işgüzar müşavirəsi olacaq. Müzakirə mövzusunu dövlət başçısı sonradan müəyyən edəcək”, – Peskov deyib.