Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş təxminən beş saatdan sonra başlayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin və Stiv Uitkoff Vaşinqtonla Kiyev arasında razılaşma ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər.
Peskov görüşü Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addım adlandırıb və Rusiyanın həmişə danışıqlara açıq olduğunu, lakin “xüsusi hərbi əməliyyatın” məqsədlərinə çatmalı olduğunu vurğulayıb.