Putinin Şençjendə korteji yerli sakinlər arasında böyük marağa səbəb olub

Rusiyanın xarici işlər naziri Mariya Zaxarova Rusiya Prezidenti Vladimir Putinin Şençjendəki kortejinin yerli sakinlər arasında böyük maraq doğurduğunu göstərən görüntü paylaşıb.

Sherg.az xəbər verir ki, Zaxarova Telegram kanalında görüntünü paylaşaraq “Çinlilər Rusiya prezidentinin kortejini çəkirlər” yazıb.

Qeyd edək ki, noyabrın 19-da Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində Şençjendə ikitərəfli görüş keçiriblər. Tramp Putinlə münasibətlərinin əla olduğunu bildirib.