Silahlı terror təşkilatı FETÖ/PDY üzvlüyündən 4 il 2 ay həbs cəzası qüvvəyə minmiş A.R., polis tərəfindən yaxalanıb.
Sherg.az xəbər verir ki, Nevşəhər İl Emniyyət Müdürlüğü Terorla Mübarizə Şöbəsinin əməkdaşları A.R.-nin tutulması üçün əməliyyat həyata keçirib. Müəyyən edilmiş ünvana təşkil olunan reyd nəticəsində qaçaq şəxs ələ keçirilib. Gözaltına alınan A.R., polis şöbəsindəki prosedurlardan sonra həbsxanaya göndərilib.