Hərbi bazalarla yanaşı, ABŞ hərbi büdcəsini maliyyələşdirən qurumlar da qanuni hədəflərdir.
Teleqraf xəbər verir ki, bunu İran Parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf sosial mediada yazıb.
O həmçinin qeyd edib ki, ABŞ İranın elektrik stansiyalarına və infrastrukturuna zərbə endirərsə, Tehranın qanuni hədəfləri regionun enerji və neft obyektləri olacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Hörmüz boğazı 48 saat ərzində açılmayacağı təqdirdə İranın bütün elektrik stansiyalarını məhv etməklə hədələmişdi.