Qalibafdan ABŞ-a sərt mesaj: “Müharibə etsəniz, biz də edərik”

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-la danışıqlardan sonra sərt açıqlama verib.

Sherg.az xəbər verir ki,  Qalibaf bildirib ki, Islamabadda keçirilən danışıqlar “çox gərgin və çətin” keçib və İran tərəfi yaxşı niyyət göstərmək üçün ciddi addımlar atıb. Onun sözlərinə görə, bu, müəyyən irəliləyişə səbəb olsa da, tərəflər razılığa gələ bilməyib.

O, ABŞ-a belə mesaj verib:

“Əgər müharibə etsəniz, biz də müharibə edərik. Əgər məntiqlə yanaşsanız, biz də məntiqlə cavab verərik.”

Qalibaf əlavə edib ki, İran ABŞ-a etibar etmir və əvvəlki danışıqlar zamanı hücumlara məruz qaldıqlarını xatırladıb. O vurğulayıb ki, ABŞ-nin təhdidləri İran xalqına təsir göstərmir.

Xatırladaq ki, ABŞ vitse-prezidenti J. D. Vance daha əvvəl danışıqların razılaşma olmadan başa çatdığını açıqlamışdı.