Qazaxıstan Prezidenti Madyarı təbrik etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda keçirilən parlament seçkilərində qələbə qazanması münasibətilə “Tisa” partiyasının sədri Peter Madyarı təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bildirib ki, səsvermənin nəticələri Macarıstan xalqının ölkənin davamlı inkişafını təmin edəcək “Tisa” partiyasının liderləri və proqramına yüksək səviyyədə etimadını nümayiş etdirib.

Tokayev Astananın Budapeştlə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, hər iki xalqın rifahı naminə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu təsdiqləyib.