Qazaxıstan Prezidenti Pakistanda qırıcılar və top atəşi ilə qarşılandı - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfərinə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pakistanın hava məkanında Kasım-Jomart Tokayevin təyyarəsini döyüş qırıcıları müşayiət edib.

İslamabad Beynəlxalq Hava Limanında Qazaxıstan liderinin şərəfinə fəxri qarovul dəstəsi dəstəsi düzülüb və onu qarşılama mərasimində 21 top atəşi açılıb.

Kasım-Jomart Tokayevi hava limanında Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qarşılayıb.