Qazaxıstanda Su-30 təlim zamanı qəzaya uğrayıb, ekipaj üzvləri sağ qalıb

Bu gün Qazaxıstanın Karaqanda bölgəsində planlı təlim uçuşları zamanı Su-30 qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarənin ekipajı vaxtında katapult edib və onların həyatına heç bir təhlükə yoxdur.

Polis qəzanın baş verdiyi ərazini nəzarətə götürüb, yerli əhali ilə infrastruktur obyektlərinə heç bir təhlükə yoxdur.

Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası qəzanın səbəblərini araşdırır.