
Qərbin sürüşkən situasiyası: Rusiyanın NATO ilə bağlı narahatlığı əbəs yerə deyil
Yusif Nəzərli
13:43 15.04.2025
Dünya
570
NATO ilk növbədə Sovet İttifaqının mövcudluğunu dayandırdıqdan sonra ləğv edilməli idi, necə ki Varşava Müqaviləsi fəaliyyətini dayandırdı. Bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, NATO təhlükəsizliyi gücləndirmək iqtidarında deyildi: “Daha doğrusu, alyans təhlükəsizliyin təmin edilməsinin faydalarını bölüşmək istəməyənlər tərəfindən manipulyasiya edildiyi üçün bunu edə bilmədi”.
Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Rusiyanın NATO ilə bağlı natahatlığı əbəs yerə deyil:

“Çünki birqütblü dünya yaradıldıqdan sonra Amerika Birləşmiş Ştatları və onun işlək aləti NATO-nun dünyada necə prosesləri gündəmə gətirdiyinin şahidi olduq. Amerika Birləşmiş Ştatları NATO-nun adından sui-istifadə edərək qanunsuz işlərə rəvac verirdi. Eyni zamanda özbaşına bir çox məsələləri həll etdikdən sonra guya Təhlükəsizlik Şurasının qətnamələrini gündəmə gətirirdi. Bunlar göstərir ki, Amerika faktiki olaraq Donald Trampa qədər NATO ilə vidalaşmaq niyyətində olmayıb. SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçovun dövründə Amerika danışıqlarda Varşava müqaviləsinin aradan götürülməsini və Sovet qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb kimi ortaya qoydu. Buna qarşılıq isə NATO-nun yerindən tərbənməyəcəyini söylədilər. Lakin qısa müddət sonra Sovet İttifaqı qoşunları Şərqi Avropadan çıxarıldı, NATO yavaş-yavaş hərəkətə keçdi və Rusiyanın sərhədlərində yerləşdirildi. Ukrayna faciəsi belə göstərir ki, Amerika və onun Qərb dünyasından olan həmkarları həqiqətən də Rusiyanın narahatlığının səbəbsiz olmadığını nümayiş elətdirir. 2014-cü ildə Krım Rusiya tərəfindən işğal olundu. Həmin zaman NATO və Amerikanın məsələyə münasibəti nisbətən dözümlü oldu. Çünki NATO-nun Sevastopolda hərbi bazaları ələ keçirmək niyyətlərindən Rusiya Xarici Kəşfiyyat Xidmətinin xəbəri var idi. Sovet İttifaqı dövründən həmin hərbi bazaların yaradılmasına külli miqdarda vəsaitlər xərclənmişdi, buna görə də həmin yerləri Rusiya heç kəslə bölüşmək istəmirdi”.
Ekspert qeyd edib ki, Böyük Britaniya birmənalı mövqe tutaraq Rusiyanın maliyyəsindən qırtaraq Ukraynaya dəstək göstərəcəyini söyləyir:
“Yəni Qərb dünyası, xüsusilə də Böyük Britaniya, Almaniya, Niderland və Fransa müharibənin dayanmasını istəmirlər və Rusiyanın maksimum dərəcədə zəifləməsində maraqlıdırlar. Sözügedən proseslərdə ona görə də onların fikirləri haçalanır. Həmin ölkələr demokratiyanın qulluğunda olduqlarını, rəsmi Kreml isə onların Rusiyanın sonunu gətirməyə çalışdıqlarını vurğulayırlar. Belə olan halda getdikcə Rusiya zəifləyir və Ukrayna dərin borclar quyusuna düşür. Ukraynanın dünyaya gəlməyən yeni nəsilləri belə həmin borcların içində batacaqlar. Çünki Qərbin yaratdığı situasiya son dərəcə sürüşkəndir və Ukrayna xalqına heç bir imtiyaz vəd etmir. Amerika siyasəti ilə və Rusiya arasında antoqonizm mövcuddur. Sadəcə olaraü Tramp prezidentliyi dövründə savaşla bağlı nəsə edə bilər ki, ondan sonra hakimiyyətə kim gəlsə, vəziyyət eyni şəkildə davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol