Qırğızıstan Prezidenti Sadır Japarov ATƏT baş katibi Feridun Sinirlioğlunu qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə Qırğızıstanın ATƏT-lə tərəfdaşlığının genişləndirilməsi və təşkilatın ölkədəki layihə fəaliyyətinin gücləndirilməsi imkanları müzakirə olunub.
Görüş zamanı tərəflər beynəlxalq gündəliyə də toxunublar. Sadır Japarov Yaxın Şərqdəki münaqişə də daxil olmaqla, dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyətlə bağlı narahatlığını bildirib.
Danışıqlardan sonra tərəflər bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.