Qırğızıstanda korrupsiya risklərinin idarə edilməsi üzrə qaydalar təsdiqlənib

Qırğızıstanda dövlət və yerli özünüidarəetmə orqanlarında korrupsiya risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması proseduru haqqında əsasnamə təsdiq edilib.

Teleqraf xəbər verir ki, fərman Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımalıyev tərəfindən imzalanıb.

Sənədə əsasən, nazirliklər və qurumlar korrupsiya riskinin mövcud olduğu hallar və vəziyyətlərin siyahısını təsdiqləyir, korrupsiya risklərinin idarə edilməsi mexanizmlərini tətbiq edir və onların minimuma endirilməsi və ya aradan qaldırılması üçün tədbirlər görürlər.

Qərar rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir.

Sənəd Qırğızıstanda 2025-2030-cu illər üçün korrupsiyaya qarşı mübarizə üzrə dövlət strategiyasının həyata keçirilməsi məqsədilə qəbul edilib.