Razılaşma imzalanan kimi İran limanlarının blokadası dayandırılacaq

ABŞ prezidenti Donald Trump İranla razılaşma əldə olunacağı təqdirdə bu ölkənin dəniz limanlarına tətbiq edilən blokadanın dərhal dayandırılacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərlə qısa söhbəti zamanı qeyd edib ki, razılaşma imzalanan kimi blokada da başa çatacaq.

Onun sözlərinə görə, saziş imzalanan kimi blokada bitəcək.

Qeyd edək ki, ABŞ lideri bu açıqlamanı Finiks şəhərinə səfəri çərçivəsində verib.