Rəsmi Tehran İranın yeni Ali Rəhbəri Müctəba Xamenenin yaralandığını təsdiqləyib

İran Xarici İşlər Nazirliyi (XİN) yeni Ali Rəhbər Ayətullah Müctəba Xameneinin yaralandığını təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə XİN sözçüsü İsmayıl Bəqayi “Corriere della Sera”ya açıqlamasında bildirib.

“O (Müctəba Xamenei) xəsarət alıb, amma səhhəti yaxşıdır”, - Bəqayi qeyd edib.

XİN rəsmisi Müctəba Xameneinin ilk çıxışını nə vaxt edəcəyini bilmədiyini vurğulayıb.

Onun sözlərinə görə, Ali Rəhbər postuna üç-dörd namizəd olub, amma Ekspertlər Məclisinin əksəriyyəti Müctəba Xameneini seçib.