ABŞ dövlət katibi Marko Rubio dekabrın 3-də NATO xarici işlər nazirlərinin Brüssel şəhərində keçiriləcək görüşündə iştirak etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə Reuters ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, ABŞ kimi aparıcı ölkənin yüksəkvəzifəli diplomatının belə mühüm transatlantik tədbirdə iştirak etməməsi nadir hal hesab olunur. Rubio əvəzinə görüşdə ABŞ-ni onun müavini Kristofer Landaunun təmsil edəcəyi bildirilir.
ABŞ dövlət katibinin toplantıda niyə iştirak etməməsi ilə bağlı səbəblər açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Rubio Avropa İttifaqı və NATO-nun Ukrayna münaqişəsinin nizamlanmasında rolu məsələsinin hələ müzakirə olunmalı olduğunu bildirmişdi.