
Rus dilini bilməyən əcnəbilərin vətəndaşlığı ləğv olunacaq -RƏY
Rus dilini bilməyən əcnəbilərin vətəndaşlığı ləğv olunacaq -RƏY
07:56 08.10.2024
Dünya
449
Rusiyanın miqrantlarla bağlı sərt qərarları, birmənalı olaraq milli təhlükəsizliyi ilə bağlıdır
Rusiya üç il ərzində 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib. Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Rusiya DİN üç il ərzində dili bilməməsi səbəbindən 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bu cür müraciətlərə baxılarkən vaxtaşırı rus dilini minimum səviyyədə bilməyən, lakin eyni zamanda müvafiq sertifikatlara malik olan əcnəbiləri müəyyən edirlər.
Açıqlamada o da vurğulanıb ki, rus dilini bilməyən əcnəbilərin yaşayış icazəsi və Rusiya vətəndaşlığı ləğv olunacaq.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Vüqar Dadaşovun sözlərinə görə, hələ bir neçə il bundan əvvəl Rusiya miqrantların ölkəyə qəbulu ilə bağlı qanunun tələblərini sərtləşdirib. Həmin şərtlər içində rus dili, rus tarix bilgisi, peşə bacarığı əsas tələblərdəndir:

“Əslində, Rusiya miqrantların ölkədə məskunlaşmasında keçmiş sovet respublikalarından olan vətəndaşlara həmişə üstünlük verib. Rusiyanın miqrantlara bağlı sərt qərarları, birmənalı olaraq milli təhlükəsizliyi ilə bağlıdır. Moskvada son "Krokus" terror aktında Orta Asiya vətəndaşlarının təşkilatçılığı, eləcə də Rusiyanın içərisində dron hücumları, partlayışlar Rusiyanı qəti addım atmağa məcbur edib. Rusiya miqrantlarla bağlı qəti və sərt hərəkətə keçib. Hətta Tacikistan Rusiyaya onun vətəndaşlarına qarşı davranışlarına görə rəsmi nota da vermişdi. Hazırda Rusiyanın Ukraynada apardığı mübaribə ilə əlaqədar həm işçi və həm də orduya şəxsi heyətə ehtiyacı olduğu halda 14 min miqrantın qeydiyyatına imtina etməsi təbii ki, ancaq təhlükəsizlik və siyasi sabitlik üçün atılan vacib addımdır.
Rusiya üçün indiki halda iqtisadi vəziyyət o qədər də önəm kəsb etmir. Miqrantlardan imtinanın Rusiya iqtisadiyyatına təsiri demək olar ki, hiss olunmayacaq. Həmçinin həmin miqrantların yerini digər keçmiş sovet respublikaları vətəndaşları və eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiyadan olanlar doldurmağa hazırdır”.
V.Dadaşovun sözlərinə görə, imtina olunan miqrantların içində Çin, Hindistan və xüsusən də Orta Asiyadan olan miqrantlar çoxluq təşkil edir. Heç şübhəsiz ki, Rusiya öz təhlükəsizliyini təmin etmək məqsədilə ölkədaxili qanunlara istinadən sərt qərarlar qəbul edir:
“Ancaq eyni zamanda da Rusiya dövləti qeyri-qanuni yollara da əl atır. Xüsusən də ölkədaxili radikal millətçi qruplardan, skenxetlərdən miqrantlara qarşı "bloklayıcı" vasitə kimi istifadə edilir. Siyasi aspektdən isə Rusiyaya heç bir halda irad, yaxud təzyiq etmək mümkün deyil, çünki bu, Rusiyanın öz daxili işi və suveren hüququdur. Qaldı ki Rusiyada yaşayan azərbaycanlılara, əlbəttə ki, Rusiya miqrant məsələsində ancaq azərbaycanlılara qarşı əməliyyat keçirmir. Əksinə, azərbaycanlılara qarşı nisbətən loyal münasibət mövcuddur, xüsusən də, rəsmi Bakı və Moskva arasında "müttəfiqlik" mahiyyətinə uyğun Moskva bəyannaməsinin imzalanmasından sonra. Hazırda da Rusiyada üç milyondan çox etnik azərbaycanlı yaşayır və onların seçimlə, məqsədli şəkildlə çıxardılması düşüncəsi əsassızdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə