Rus ordusu Dnepropetrovsku atəşə tutdu: ölənlər var

Rus ordusu Ukryananın Dnepropetrovsk vilayətini atəşə tutub, nəticədə 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, ruslar 20 apreldə bölgənin üç rayonuna təxminən 70 hücum edib. Hücum nəticəsində evlərə, infrastruktura və avadanlıqlara da ziyan dəyib.