Rus turistlər Körfəz turlarını kütləvi şəkildə ləğv etdi

Rus Tur Operatorları Birliyinin (ATOR) məlumatına görə, ABŞ və İsrailin İranla bağlı hərəkətlərindən sonra rus turistlər mart və aprel ayı üçün planlaşdırdıqları Körfəz ölkələrinə turlarını kütləvi şəkildə ləğv ediblər.

Sherg.az xəbər verir ki, ləğv qərarı artıq geniş yayılıb və yalnız martı deyil, aprel ayını da əhatə edir. Operatorlar turistlərə pul geri ödəmək əvəzinə yenidən rezervasiya təklif edirlər.

Alternativ olaraq Türkiyə, Misir və Tayland ön plana çıxır. Bu vəziyyət həm otellərə, həm də hava yollarına mənfi təsir göstərir.