Rusiya Avropada elə yerlərdə mülklər alır ki...

Avropa kəşfiyyat rəsmiləri xəbərdarlıq edir ki, Rusiya Avropa boyunca hərbi bazalar və kritik infrastruktur obyektlərinin yaxınlığında daşınmaz əmlak alır.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” nəşri məlumat yayıb.

“Bu əmlakların gələcək böhran zamanı müşahidə və ya təxribat üçün istifadə oluna biləcək şəbəkə yaratmaq məqsədi daşıdığı ehtimal edilir.

Rəsmilər hesab edirlər ki, Rusiya ilə əlaqəli şəxslər və qurumlar dəniz bazalarına, hava limanlarına, sualtı kabel marşrutlarına və enerji infrastrukturuna yaxın evlər, kotteclər, anbarlar və hətta adalar əldə ediblər. Bu obyektlərin bəzilərində artıq avadanlıq yerləşdirilmiş ola bilər. Onlar həmçinin gizli əməliyyatlar üçün dayaq məntəqəsi kimi istifadə edilə bilər.

Qeyd olunan nümunələr:

- Finlandiyada körpülər, helikopter meydançası və müşahidə avadanlığı ilə təchiz edilmiş ada;

- Norveçdə F-35 bazaları və dəniz obyektlərinin yaxınlığındakı mülklər;

- Skandinaviyada strateji ərazilərə yaxın yerləşən Rus Pravoslav Kilsəsinə məxsus obyektlər;

- Böyük Britaniya və Aralıq dənizi bölgəsində hərbi obyektlərə yaxın şübhəli satınalmalar”, - məlumatda bildirilib.