Rusiya Baltik ölkələrinə hücum edə bilər - NATO

Rusiyanın Baltik ölkələrinə hücum təhdidi mövcuddur, lakin NATO rusların addımlarını diqqətlə izləyir.

Axar.az xəbər verir ki, bunu NATO Birləşmiş Dəniz Komandanlığının rəsmisi Arlo Abrahamson bildirib.

“NATO çoxməqsədli yanaşmaya malik dəniz qüvvələri Alyansıdır. Burada bir neçə məqsəd var. Birincisi — vəziyyətin daim anlaşılması. Bu çox vacibdir, çünki bu həm də müttəfiqlərə sürətlə reaksiya vermək imkanı yaradır. Və bu istənilən ziyanverici fəaliyyət ola bilər. İstər Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən olan təhdid, istərsə də hazırda kim olduğunu və nə etdiyini anlamadığımız ziyanverici subyektdən qaynaqlanan diversiya təhdidi. Lakin bu, vəziyyəti anlamağa və lazım olduqda birgə şəkildə müvafiq qaydada reaksiya verməyə kömək edir”, — deyə o bildirib.