- ABŞ-da Ukraynada sülhün qarşısındakı əsas maneə açıqlandı
ABŞ-ın keçmiş müdafiə nazirinin müşaviri Duqlas Makqreqor Ukraynada davamlı sülhün əldə olunması üçün Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu iddia edib.
Sherg.az xəbər verir ki, hərbi ekspert bu barədə “YouTube” kanalında yayımlanan çıxışı zamanı danışıb.
Makqreqorun sözlərinə görə, Zelenski və onun ətrafındakı şəxslər Rusiyaya qarşı düşmən münasibəti təcəssüm etdirirlər və onlar hakimiyyətdən getmədən davamlı sülhün əldə olunması mümkün deyil.
O, həmçinin Ukrayna liderinin legitimliyini çoxdan itirdiyini iddia edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlar üçün Zelenskiyə alternativ namizəd tapılmasına çağırış etmişdi.