Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən bəri 18,1 milyard dollar artıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest” şirkətinin səhmdarı Əlişir Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanaraq sərvətini 18,5 milyard dollara çatdırıb. UMMC-nin təsisçisi İsgəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar artaraq 7,56 milyard dollara çatıb:
“Teleqramın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən bəri 2,44 milyard dollar qazanaraq sərvətini 13,4 milyard dollara çatdırıb. “Wildberries”in təsisçisi Tatyana Kim isə 654 milyon dollar qazanaraq sərvətini 8,03 milyard dollar edib.
Ən böyük itkiyə NLMK-nin sədri Vladimir Lisin məruz qalıb. Onun sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara düşüb”.