Krımda baş verən hərbi nəqliyyat təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı 30-a çatıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin An-26 qəzası ilə bağlı cinayət işi açılması barədə açıqlamasında bildirilib ki, təyyarədə yeddi heyət üzvü və 23 sərnişin olub.
Daha əvvəl Müdafiə Nazirliyi altı heyət üzvü və 23 sərnişinin ölümü barədə məlumat yayıb.
Qeyd edək ki, martın 31-də axşam saatlarında Krımın hava məkanında Rusiya MN-nin An-26 hərbi nəqliyyat təyyarəsi ilə
əlaqə kəsilib. Daha sonra təyyarənin qayaya çırpılaraq qəzaya uğradığı bildirilib.