Rusiya MN: 75 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada 75 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lardan 36-ı Qara dəniz üzərində, 10-u Krım ərazisi üzərində, 9-u Bryansk vilayəti, 7-i Voronej vilayəti, 4-ü Krasnodar vilayəti, 3-ü Smolensk vilayəti, 2-i Moskva vilayəti, 2-i Belqorod vilayəti ərazisində vurulub.

Bundan əlavə, 1 PUA Kaluqa, 1-i Ryzan vilayətində məhv edilib.