Rusiya Moldovanı Vyana Konvensiyasını pozmaqda ittiham edir

Moldovanın Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Lilian Dariy çərşənbə axşamı Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Buna səbəb Moldova tərəfinin "Diplomatik Əlaqələr haqqında" Vyana Konvensiyasını kobud şəkildə pozması iddiasıdır.

Oxu.Az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin bəyanatında qeyd olunub:

"İyulun 21-də Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya Federasiyasının Moldovadakı diplomatik missiyasının işçiləri və xidməti avtomobilləri ilə əlaqədar baş vermiş iki insident çərçivəsində Kişineu tərəfindən 1961-ci il tarixli "Diplomatik Əlaqələr" haqqında Vyana Konvensiyasının kobud surətdə pozulmasına görə qəti etirazımız çatdırılıb".