
Rusiya mütəfiqsiz qalıb: Kremlin meydanda tək qalmasının yeganə səbəbi...
13:24 28.07.2025
Dünya
332
Elçin Abdullayev: Rusiyanın zamanında digər ölkələr üçün qurduğu tələlərin içindədir
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya hazırda tarixində ilk dəfə Qərbə qarşı təkbaşına müharibə aparır. Onun sözlərinə görə, əvvəlki müharibələrdə Rusiyanın müttəfiqləri olub, indi isə o, döyüş meydanında təkdir və yalnız öz gücünə arxalanmalıdır.
Nazir qeyd edib ki, Qərb atəşkəs istəyini Ukraynaya nəfəs almaq üçün bir fürsət kimi görür.
Görünən odur ki, Rusiya həm siyasi, həm də hərbi baxımdan ciddi bir sınaq dövründən keçir.
Sherg.az-a açıqlama verən politoloq Elçin Abdullayev bu gün Rusiyanın meydanda müttəfiqsiz qalması fikrinin tamamilə doğru olduğunu söyləyib:

"Tarixə nəzər salanda görürük ki, Rusiya apardığı bütün müharibələrdə, hətta qalib gəldiyi hallarda belə, heç vaxt tək başına olmayıb. Yəni həmişə müttəfiqlərinin sayəsində müharibələrdən qalib çıxıb. Bugün isə Rusiya artıq Ukrayna meydanında təkdir və bu təklik Rusiyaya çox böyük bir zərbədir. Rusiyanın itkiləri günbəgün artır, iqtisadi və siyasi zərbələrdən daha da geriyə gedir. Bu baxımdan hesab edirəm ki, Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir. Belə ki, 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən respublikalarla Moskva hərbi və zor dilində danışmağa başladı. Sanki onların ağası, böyüyü kimi davranmağa çalışdı. Lakin Moskvanın post-sovet respublikaları ilə bərabərhüquqlu dövlətlər səviyyəsində münasibətlər qurması daha düzgün olardı. Əgər belə olsaydı, həmin ölkələr bu gün də Rusiyanın müttəfiqi kimi qalardılar. Amma Rusiya bunun əvəzinə Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsini yaratdı, Moldovada Dnestryanı problemi, Gürcüstanda və Ukraynada oxşar konfliktlər törətdi. Beləcə, dost qazanmaq əvəzinə düşmən qazandı".
Politoloq hazırda Rusiyanın zamanında digər ölkələr üçün qurduğu tələlərin içində olduğunu bildirib:
"Artıq Qərb həmin tələlərdən birini Ukraynada qurub və Rusiya həmin tələyə düşüb. ABŞ-nin rəhbərliyi ilə kollektiv Qərb dövlətləri və Rusiya arasında indiki vəziyyətdə açıq düşmənçilik münasibətləri formalaşıb və bu münasibətlər getdikcə daha da dərinləşəcək. Bununla yanaşı, Rusiya ilə Qərb arasındakı münasibətlər yenidən isti, dostcasına ola bilər. Əksinə, Qərb bu vəziyyəti çox gözəl analiz edir və Rusiyaya qarşı təzyiqləri daha da artıracaq. Çünki Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın əsas məqsədi Avrasiya coğrafiyasında hegemonluq əldə etmək, eləcə də Rusiyanın zəngin təbii resurslarını ələ keçirməkdir. Beləcə, Qərb Rusiyanı bu qədər sıxdığı bir vaxtda, başladığı kampaniyanı dayandırmayacaq və Rusiyaya nəfəs almaq üçün fürsət verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm