Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsinin ətrafında irəliləyib.
Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Söhbət Kramatorsk və Pokrovsk şəhərlərinin Markove, Rovno və Qrişin kəndlərindən gedir.
Qeyd edək ki, Markove Kramatorsk, Rivne və Qrişin isə Pokrovskda yerləşir.