Rusiya ordusu Kiyevdə dron anbarına zərbə endirib

Rusiya Silahlı Qüvvələri Kiyevdə pilotsuz uçuş aparatlarının saxlandığı anbara zərbə endirib. Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, zərbə “Geran-4 Siker” pilotsuz aparatı ilə həyata keçirilib və nəticədə hədəf məhv edilib.

Qeyd edək ki, son günlər Kiyev və ətrafında Rusiya tərəfindən pilotsuz aparat və raketlərlə zərbələr intensivləşib.

Qalereya