Rusiya ordusu son sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 38 yaşayış məntəqəsinə ümumilikdə 962 zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri məlumat yayıb.
Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya qüvvələri Malokaterinovka, Veselyanka, Zelena Dibrova, Barvinivka, Svitla Dolina, Kopani, Qulyaypolskoye, Vozdvijivka, Staroukrainka, Çarivne və Rivne istiqamətlərinə 17 aviazərbə endirib.
Hücumların böyük hissəsi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.