Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 3 nəfər öldü, 15 nəfər yaralandı - YENİLƏNDİ

Kiyevdə Rusiya ordusunun noyabrın 29-da həyata keçirdiyi kütləvi hücum nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"Hadisə nəticəsində 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Fövqəladə xidmətlər zərər bölgələrində axtarış-xilasetmə tədbirlərini davam etdirir",- o qeyd edib.

09:38

Kiyevdə Rusiya ordusunun hücumu nəticəsində bir sıra yaşayış binaları zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb:

"Yaralananlar arasında bir azyaşlı da var. Fövqəladə xidmətlər zərər bölgələrində axtarış-xilasetmə tədbirlərini davam etdirir. Hadisə nəticəsində bir neçə yaşayış binasına ciddi ziyan dəyib, sakinlərin bir hissəsi təxliyə olunub".