
Rusiya-Ukrayna cəbhəsində situasiya dəyişir: Avropa cəsarətsizdir!
01:52 16.04.2024
Dünya
491
ABŞ-nin vecsizliyi də Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub
"Dünyada istənilən raketləri, "Şahid" və digər terror vasitələrini dayandırmaq üçün lazım olan hər şey var". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkə səhifəsində yazıb. Zelenski deyib ki, dünyaya yalnız real, etibarlı təhlükəsizliyi bərpa edə biləcək həllər lazımdır: "Ukrayna Rusiya terrorunu dayandıra bilər, öz həyatını, bütün Avropanın və dünyanın digər regionlarının həyatını şərin yayılmasından qoruya bilər. Məhz buna görə bizim tərəfdaşlarımızın dəstəyinə ehtiyacımız var və hər gün gecikdirilən yardım yeni dağıdılmış evlər, əlavə dağılmış həyat deməkdir. Dünyada terrorla mübarizədə kömək edən hər kəsə təşəkkür edirəm. Şərin üstünlük əldə etməməsi üçün hər şeyi edənlərə təşəkkür edirəm".
Amerikalı professor Con Mirşaymer isə deyib ki, Ukraynada münaqişənin sona çatması üçün Kiyev neytral ölkəyə çevrilməli və ABŞ ilə bütün əlaqələri kəsməlidir: "Həqiqətən neytral Ukrayna yaratmaq üçün Kiyevlə ABŞ arasında strateji əlaqə qırılmalıdır. Bu gün mövcud olan xaosa son qoymağın yeganə yolu budur". Mirşaymer qeyd edib ki, Vaşinqtondan Kiyevə davamlı maliyyə yardımı döyüş meydanında vəziyyəti dəyişə bilməyəcək: "Çünki iki tərəf arasında fərq açıq-aşkar böyükdür və bu, Rusiyanın xeyrinə artacaq". "San" nəşri məlumat yayıb ki, Ukrayna hərbçiləri Vladimir Putinin ən sevimli körpüsünü iyulun ortalarına qədər dağıdacaqlarını bildiriblər. Yəni Ukraynanın Krım körpüsünə həlledici hücumu həyata keçirməsi üçün təxminən 100 gün vaxtı var. Məlumata görə, dəyəri bir neçə milyard dollar olan körpü "Storm Shadow" raketləri, pilotsuz katerlər və Qərbin F-16 qırıcılarının köməyi ilə məhv ediləcək: "Ukrayna üçün bu, bir nömrəli məqsəddir. Onun məhv edilməsi Qara dənizdə müharibədə qalib gəlmək, Rusiyanın əsas hərbi təchizat yolunu kəsmək və Putinin döyüş maşınının qarşısını almaq üçün mühüm addım olardı".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Rusiya-Ukrayna cəbhəsində situasiya Kiyevin əleyhinə dəyişir. Ekspertin sözlərinə görə, Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir:

"ABŞ-də prezident seçkiləri öncəsi Konqresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması Vladimir Putini kifayət qədər cəsarətləndirib. Rusiya prezidenti təkcə Ukrayna ilə deyil, Polşa və Baltikyanı ölkələri, Mərkəzi Asiyanı cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ-nin vecsizliyi Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub. Almaniya, Fransa və Böyük Britaniya üçlük koalisiya yaradıb, Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər. Vaşinqtonda hesab edirdilər ki, Avropa Rusiya qarşısında mövqeyini ortaya qoyacaq. Amma ABŞ-də Respublikaçılar da İranın İsrailə hücumunun nə qədər təhlükəli olduğunu, Rusiya və İranın ikili əməkdaşlığının Vaşinqtonun beynəlxalq maraqlarına təhdid olduğunu dərk edib. Növbəti ayda Respublikaçıların Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkün ola bilər. Almaniya və Fransa da Ukraynada Rusiyanın irəliləyişinin təhlükəli olduğunu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdıgıni hiss etdikdən sonra Ukraynaya əməli hərbi yardımları artıracaq. Proses yay aylarında mümkün görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm