
Rusiya və Türkiyəyə güc göstərişi: Makron və Starmer nüvə kartını açdı
11:55 11.07.2025
Dünya
721
Bu qərar dünya müharibəsinin açıq fazaya keçidi üçün hazırlıqlar görüldüyünü göstərir
Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer nüvə ittifaqı yaratmağa qərar veriblər.
E.Makron və K.Starmer bunu Fransa prezidentinin Böyük Britaniyaya rəsmi səfəri zamanı bəyan ediblər.
Son illərdə qlobal miqyasda artan geosiyasi gərginliklər böyük dövlətlərin təhlükəsizlik strategiyalarında kəskin dəyişikliyə səbəb olub. Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın yeni Baş naziri Kir Starmerin nüvə ittifaqı qurmaq barədə verdikləri qərar, bu dəyişikliklərin ən bariz nümunələrindən biridir.
Bu addım, təkcə Avropa qitəsində deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemində ciddi narahatlıqlar doğurur. İki nüvə dövlətinin belə bir əməkdaşlığa imza atması, dünyanı yeni bir silahlanma yarışına və böyük müharibəyə sürükləyə bilər.
Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib:

"Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin nüvə ittifaqı yaratmağa qərar verməsi dünyanı ciddi mənada məhvə sürükləyən hadisədir. Xalq tərəfindən özünə etimadı itirməkdə olan Fransa prezidenti Türkiyənin güclənməsini həzm edə bilmir. Konkret olaraq səlibçilik təfəkkürü Avropa liderlərinə hakim kəsilib. Rusiyanı əsas təhlükə göstərsələr də əslində Türkiyədən ehtiyyat edirlər. Buna təsir edən bir çox amillər var. Avropa sürətlə müsəlmanlaşır və miqrant axınının qarşını almaq mümkün deyil".
Ekspert prezidentlərin bəyan etdiyi “istənilən düşmən“ fikrinə də diqqət çəkib:
"Bildiriblər ki, "istənilən düşmən" Fransa və Britaniya onların həyati maraqlarına olan təhlükəyə nüvə silahlarının gücü ilə cavab vermək iqtidarında olduğunu anlatmalıdır. Ayrılıqda hər iki dövlət onsuz da nüvə silahına malikdir. Birlikdə bu qərarı verməkləri silahdan istifadəyə yaxınlaşdıqlarını göstərir. Bundan əlavə, liderlər uzaqmənzilli “Storm Shadow” raket ehtiyatlarını artırmaq və onları əvəzləmək üçün birgə yeni mərmilər hazırlamaq qərarına da gəliblər. Artıq bu qərar dünya müharibəsinin açıq fazaya keçidi üçün hazırlıqlar görüldüyünü göstərir.
Qeyd edirlər ki, Avropa İttifaqı üçün fövqəladə təhlükə yaranarsa, London və Paris birlikdə nüvə silahından istifadə edəcəklər. Təbii ki, Rusiya üçün də ciddi mesaj verirlər. Bu, nüvə silahından imtina üçün görülən bütün işləri tərsinə çevirir".
Politoloq sonda təhlükəni təkcə Avropanın yaratmadığını, Rusiya Ukrayna müharibəsi vasitəsilə nüvə silahından istifadəyə meylin yaradığını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi