Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var

Rusiya Xarkov şəhərinin ətrafna zərbə endirib.

APA xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, daha 16 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.