Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 800-dən çox zərbə vurub, nəticədə üç nəfər həlak olub, dörd nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz Teleqram kanalında bildirib.
"Ümumilikdə sutka ərzində Rusiya Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 864 zərbə endirib", - Fedorov yazıb.