Rusiyada orta pensiya artıb

Rusiyada işləməyən pensiyaçıların orta aylıq pensiyası son bir ildə 1 833 rubl artıb.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Sosial Fondunun məlumatına istinadən RIA Novosti məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin iyun ayında işləməyən pensiyaçıların orta pensiyası 25 838 rubl təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 24 005 rubl idi.

Rusiya Sosial Fondunun məlumatına əsasən, işləyən və işləməyən pensiyaçılar da daxil olmaqla ölkə üzrə orta pensiya isə iyun ayında 25 402 rubla yüksəlib.

Qeyd edək ki, avqustun 1-dən Rusiyada yığım pensiyaları da 17,3 faiz indeksləşdiriləcək. Yenidən hesablama avtomatik aparılacaq və vətəndaşların bunun üçün Sosial Fonda müraciət etməsinə ehtiyac olmayacaq.