“Ukrayna ordusu üçün dronların yığılması ilə məşğul olan Qərb ölkələrinin ərazisi Rusiya raketləri ilə sürətli və dəqiq şəkildə vurula bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
“Düşünürəm ki, Qərb ölkələri ilə bağlı məsələ növbədədir. “Starlink”dən istifadə etməklə Starobelskdə tələbələrimizin vurulmasını və bu hadisədə ingilis operatorların iştirakını unutmamışıq. Həmçinin Rusiyanın dərinliklərinə zərbələr endirilir.
Onlar “Pandoranın qutusu”nu açıblar, həmin qutuda Ukrayna Silahlı Qüvvələri üçün dronların yığıldığı yerlərə zərbələr də var. Məsələn, Latviya PUA zavodu tikir. Onlar təhlükəsiz yerdə deyillər. Onların yerləşdiyi ərazi bizim raketlərimiz tərəfindən sürətli və dəqiq şəkildə vurula bilər. Bunu başa düşməlidirlər. Bəs bu zərbə nə vaxt olacaq? Qoy gözləsinlər”, - Kolesnik bildirib.