Rusiya Tehran və Bakını düşünülməmiş addımlardan çəkinməyə və regionda yeni ayırıcı xətlər yaratmamağa çağırır.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Azərbaycana PUA hücumu barədə danışarkən deyib.
O bildirib ki, Rusiya Yaxın Şərqdə qan tökülməsinə son qoymaq yollarının tapılmasına kömək etməyə hazırdır.
Qeyd edək ki, martın 5-də İran Naxçıvanın mülki obyektlərinə “Araş 2” uzaqmənzilli dronları ilə hücum edib.