İsrail liderlərinin İrandan gələn "nüvə Holokostu" təhlükəsinin aradan qaldırılması ilə bağlı açıqlamaları yersizdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, bu cür müqayisələr İkinci Dünya müharibəsinin bütün qurbanlarına qarşı hörmətsizlikdir:
"İranın İsrailə qarşı "nüvə Holokostu" təhdidi kontekstində Auşvitz, Maydanek və Sobibordan bəhs etmək İkinci Dünya müharibəsinin bütün qurbanlarına - Sovet xalqının qurbanlarına, Holokost qurbanlarına və ölüm düşərgələrini azad edən Qırmızı Ordu əsgərlərinə qarşı hörmətsizlik əlamətidir. Bu, yersizdir, anlayışları və tarixi faktları təhrif edir".
Qeyd edək ki, Benyamin Netanyahu İranın “digər bir Holokost” planlaşdırdığı və İsrailin fəaliyyəti olmasaydı, İsfahan, Natanz, Fordo və Buşehr adlarının Auşvitz, Maydanek və Sobibor adları ilə eyni səslənəcəyini söyləmişdi.