Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

NATO-nun Kalininqrad vilayətinə münasibətdə məsuliyyətsiz siyasəti birbaşa silahlı toqquşma risklərini artırır.

Axar.az xəbər verir ki, bu barədə Belçikadakı Rusiya səfirliyi NATO-ya xəbərdarlığında bildirib.

Səfirlik bildirib ki, NATO ölkələrinin Kalininqrad vilayətini mühasirəyə yönəlmiş hər hansı cəhdləri olacağı təqdirdə, Rusiya öz ərazisini qorumaq üçün sərəncamında olan bütün silah arsenalından istifadə etməyə hazırdır:

Böyükmiqyaslı qarşıdurmanın qarşısını almaq məqsədilə alyans ölkələrini gələcəkdə eskalasiyaya səbəb ola biləcək bəyanat və addımlardan çəkinməyə çağırmışıq”.