Rusiyanın Avropaya hansısa müdaxiləsi qeyri-mümkündür -RƏY
13:46 07.04.2025
Dünya
519
“Avropa İttifaqı 2030-cu ilə qədər Rusiyanın hücumuna hazır olmalıdır". Bunu Aİ-nin müdafiə məsələləri üzrə tarixdə ilk komissarı Andrius Kubilius DW-ə müsahibəsində bildirib. Onun fikrincə, hazırda Aİ-nin qarşılaşdığı iki əsas çağırış var. O bəyan edib ki, birincisi bu Rusiyanın aqressivliyi ilə bağlıdır.
Ukraynada davam edən münaqişə buna sübutdur. İkinci çağırış isə Çinin hərbi gücünün artması nəticəsində ABŞ-nin Avropa qitəsindəki mövcudluğunu azaltma ehtimalıdır. Biz buna hazırlaşmalı, təhlükəsizlik məsuliyyətinin daha çox hissəsini öz üzərimizə götürməliyik. Kubilius həmçinin qeyd edib ki, Aİ təxribatlara da cavab verməlidir. Kubilius vurğulayıb ki, Baltik kabelləri, Almaniyanın dəmir yolları, infrastruktur obyektlərindəki diversiyalar - bütün bunlar hibrid müharibə aparmaq üçün xüsusi olaraq həyata keçirilir, lakin bu, NATO-nun 5-ci maddəsində (kollektiv müdafiə) nəzərdə tutulan səviyyəyə çatmır. Rusiyanın aqressiya təhlükəsi bütün ölkələr tərəfindən kifayət qədər dərindən anlaşılır.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, Avropada müdafiə kommisarı vəzifəsinin meydana gəlməsi Donald Tramp və Putin şəxsi münasibətlərinin məntiqi nəticəsidir:
“Çünki Tramp və Putin biri-birilərini tərifləməklə məşğuldurlar. Yəni hər iki şəxs sanki birləşərək özlərinə məxsus yeni dünya quruculuğu əldə etmək ərəfəsindədirlər. Avropa isə yeni dünya nizamında özünü kənarda qalmış region kimi hiss edir. Demək olar Avropa müdafiə kommisarının səsləndirdiyi tezis Trampın bundan əvvəlki prezidentliyi dönəmində fikirlərlə üst-üstə düşür. Trampın ilk prezidentliyi dövründə belə bir fikir səsləndirilmişdi ki, NATO-ya üzv olan ölkələr öz büdcəsindən müdafiə sənayesi üçün vəsait ayırmalıdır. Çünki Amerikanın büdcəsindən NATO-ya üzv olan ölkələrin müdafiə xərclərini təmin edilməsi mümkünsüzdür. Həmin tezisdən sonra Avropa başa düşmüşdü ki, Rusiya tərəfindən hansısa təhlükə olduğu halda Trampdan kömək gözləmək mənasızdır. Rusiya-Ukrayna savaşının 2022-ci ildən bəri bitməməsinin başlıca səbəbi Amerika və Avropanın yetərli qədər Rusiyaya müqavimət göstərməməsidir. Bütün bunlar göstərir ki, Avropanın özünəməxsus müdafiə konsepti əldə etməsi çox məntiqlidir. İkinci Dünya müharibəsi dövründə Fransa hərbi qüvvəsini xeyli itirmişdi. Lakin Birinci Dünya savaşından sonra Fransa çox güclü idi. Hazırda Makron dövründə də Fransanın hərbi gücü İkinci Dünya müharibəsi sonrasından fərqlənmir. Müharibəsiz qalan Fransa öz generallarını və silahlarını tətbiq edəcək savaş tapmadığına görə özlərini içəridən yeməyə başlayıblar. Bütün bunların olmaması üçün Amerika keçmişdəki təcrübələrindən yararlanaraq ayaqda qalmağa çalışır. Donald Trampın hakimiyyəti dövründə vəziyyət belə davam edəcək. Əgər Donald Trampdan sonra Amerikada respublikaçıların hakimiyyəti davam edərsə, Avropa hərbi yardım mövzusunda ABŞ-yə güvənməməlidir. 2030-cu ildə Rusiyanın Avropaya hansısa müdaxiləsi qeyri-mümkündür. Çünki balaca Ukrayna ilə savaşı bitirə bilməyən Rusiyanın Avropaya hücum etmək ehtimalı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya