Rusiyanın Dneprə hücumu nəticəsində 15 nəfər yaralanıb

Ukraynanın Dnepropetrovsk vilayətinə gecə saatlarında dron və raket hücumu nəticəsində 15 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Yaralılardan 3 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağır qiymətləndirilir. Digər zərərçəkənlər evdə müalicə olunur.

Hücum nəticəsində bir neçə yaşayış binası və mülki infrastruktur zədələnib. Şəhər xidmətləri ərazidə bərpa işləri aparır.