Rusiyanın “səs silahı”: Ölümdən betərdi
13:55 01.04.2024
Dünya
367
ABŞ-yə edilən enerji hücumlarının Rusiyadan qaynaqlandığı məlum olub. Dünya mediasına ötürülən xəbərlərdə bu hücumlar və gizli silahla bağlı detallar açıqlanıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, illərdir sirri çözülməyən “səsli hücumlar”ın Rusiyanın müdhiş planı olduğu üzə çıxıb. 3 il əvvəl ABŞ hökuməti Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən amerikalı diplomatlar arasında yayılan xəstəliklə bağlı araşdırmaya başlayıb. Təqribən 20 diplomatda “Havana sindromu”na bənzəyən hallar – beyində əmələ gələn və detalları bilinməyən xəstəliyin simptomları müəyyən edilib. Bu sindrom ilk dəfə 2016 və 2017-ci illərdə Kubanın paytaxtı Havanada yaşanıb. O illərdə Havanda vəzifə başında olan amerikalı və kanadalı diplomatlar baş fırlanması, müvazinətin itirilməsi, hissiyyatda problemlərvə təşviş keçirmək kimi simptomlar müşahidə edilib. Lakin bunun səbəbi bilinməyib. ABŞ Kubanı günahlandırsa da, sonuncu yaxasının çəkərək bu işdə əli olmadığını açıqlayıb. Avstriyadakı amerikalı diplomatlarda da eyni hal müşahidə edilincə, araşdırma aparan amerikalı mütəxəssislər simptomların səbəbini mikrodalğalı radiasiya ilə əlaqələndiriblər və bunu “səs hücumu” adlandırıblar. ABŞ-nin Mərkəzi Xəbər Təşkilatı – CİA başqanı William Burns təşkilatın 100 əməkdaşınını eyni sindroma uğradığını söyləyib. Radio yayımına qatılan CIA başqanı Burns əməkdaşların üzləşdiyi sağlıq problemi ilə bağlı ciddi təhqiqat başladıldığını deyib. William Burns bu məsələdə Rusiyanın “barmağı” ola biləcəyini, lakin dəqiq nəticəyə varmadan qəti hökm verməyin doğru olmayacaöını da söyləyib. Rəsmi Moskva isə iddiaları rədd edib. Bunun ardınca ABŞ mediasında yayılan xəbərlərdə sirli xəstəliyin “arxasından” rus hərbi sui-qəsd qrupunun çıxdığı bildirilib. Tədqiqata görə, Rusiya 2 il öncə Almaniyanın Frankfurt şəhərində özünylə bağlı ipucları qoyub. Frankfurtda çalışan ABŞ hökumətinin vəzifəli şəxsi güclü enerji şüasına bənzər bir şeyin hücumuna məruz qaldığını və bundan sonra səhhətindən problemlər yarandığını deyib. ABŞ ordusunun təqaüddə olan zabiti Greg Edgreen isə “bu hücumların Rusiya ilə hər zaman bir bağlantısı vardır”, deyib. Digər birisi isə desibell vasitəsiylə gerçəkləşən hücumların insanlara dözülməz ağrı verdiyini qeyd edib. Güclü səs effekti ilə edilən hücumlar insane beynində ağır zədələr yaradır. Nəticədə qulaqda yad səslər, beyin daxilində basqı, baş ağrısı, mədə bulantısı, sərsəmlik, unutqanlıq, halsızlıq, yuxusuzluq kimi sindromlar başlayır. İstiqamətləndirilən mikrodalğalar, ultrason və ya infrason səs dalğaları Zika virusu, kimyəvi tərkiblər, psixoloji xəstəliklər, səbəbi tapılmayan daxili qulaq zədələri və beyin zədələnmələrinə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil