NATO ölkələri hazırda Rusiyanın aqressiyası fonunda cəbhədə yerləşən dövlətlər statusundadır.
Teleqraf xəbər verir ki , bunu İslandiyada keçirilən mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte deyib.
"Biz sadəlövh ola bilmərik. Biz hamımız cəbhəyanı dövlətlərik. Rusiyanın yeni raketləri çox qısa müddətdə NATO ərazisinin istənilən hissəsinə çata bilər", - baş katib bildirib.
Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialara cavab verib . O belə iddiaların cəfəngiyyat olduğunu bildirib.