2024-cü ildə xərçəng diaqnozu qoyulan və müalicədən sonra sağaldığını açıqlayan Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Keyt Middlton xərçənglə mübarizəyə diqqət çəkmək məqsədilə keçirilən "Milli Üç Zirvə Çağırışı" adlı yürüşə qatılıb.
Sherg.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

44 yaşlı Middlton iyunun 28-də Şotlandiyanın ən hündür zirvəsi olan Ben Nevis dağının zirvəsinə qalxıb. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu yürüşün onun üçün fiziki sınaqla bərabər, həm də xəstəlikdən sonrakı həyata yenidən baxmaq və cəmiyyətə fayda vermək imkanı olduğunu bildirib.
Şahzadə qeyd edib ki, xərçəng insanın bədəni ilə yanaşı, düşüncə tərzinə və hisslərinə də təsir edir. Onun sözlərinə görə, müalicədən sonrakı bərpa prosesi yalnız tibbi yardım deyil, həm də mənəvi və psixoloji dəstək tələb edir.