“Dəməşq Suriya ərazisindəki İran və ona bağlı hərbi qüvvələrini çıxarıb”
Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa “Washington Post” qəzetinə bildirib.
“İsrail həmişə iddia edib ki, Suriyadan narahatdır, çünki iranyönümlü silahlı dəstələr və “Hizbullah”dan təhdid hiss edir. Amma həmin qüvvələri Suriyadan çıxaran elə biz olmuşuq. İsrailin Suriya ərazisindəki irəliləyişləri təhlükəsizlik narahatlığı ilə bağlı deyil”, - o deyib.
Şaraa əlavə edib ki, Suriya İsraillə birbaşa danışıqlar aparır və yekun razılaşmaya çatmaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib: “Amma yekun razılaşmaya nail olmaq üçün İsrail 8 dekabr öncəsi sərhədlərinə qayıtmalıdır.
ABŞ bu danışıqlarda bizimlədir və bir çox beynəlxalq tərəflər də mövqeyimizi dəstəkləyir. Bu gün başa düşürük ki, cənab Tramp da bizim baxışlarımızı dəstəkləyir və ən qısa zamanda həllə nail olmaq üçün çalışacaq”, - o vurğulayıb.