Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Saratova hücumu nəticəsində 10 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır.

Sherg.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin məlumat verib.

Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilib, 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Hücum nəticəsində yaşayış binalarına da çoxsaylı ziyan dəyib. Şəhər rəhbərliyinə sakinlərin müraciət edə bilməsi üçün təcili operativ qərargahın yaradılması tapşırılıb.