
Savaş Türiyə və İsrailin maraqlarına ziddir: Prosses diplomatik və siyasi qarşıdurma formasında davam edəcək
12:42 18.04.2025
Dünya
479
Suriyada bir sıra əməliyyatlar zamanı Türkiyə və İsrail təyyarələrinin qarşılaşma ehtimalı var.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bir sıra millət vəkilinin suallarını cavablandırarkən deyib.
“Çünki həm Türkiyə, həm də İsrail qırıcıları oraya gedir. Qarşılıqlı gərginliyin yaranmaması mövzusunda keçmişdə ABŞ və Rusiya ilə qurduğumuz mexanizmlər mövcuddur. Bu mexanizmə İsrailin də əlavə edilməsi lazımdır. Bunu təmin etmək üçün texniki təmasların olması normaldır”, - Fidan bildirib.
Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Türkiyə və İsrail arasında təkcə Suriya deyil, Qəzza, İraq və bölgənin ümumi geosiyasi vəziyyəti ilə bağlı bir çox geosiyasi məsələlər ətrafında zaman-zaman fikir ayrılıqlarının yarandığını görmüşük:

"Hətta bəzən bu, o qədər ciddi xarakter daşıyıb ki, bir çox ekspertlər və ya rəsmilər özləri də "müharibədən başqa yol yoxdur" şəklində ya birbaşa, ya da örtülü şəkildə yanaşma belə ortaya qoyublar. Lakin nəticə etibarilə həm İsrail, həm də Türkiyə tərəfi təmkinini qorumağı bacarıb. Həmçinin münasibətlər heç də hərbi müstəvidə qarşıdurmaya çevriləcək qədər mənfi yöndə davam etməyib. Çünki hər iki dövlət çox yaxşı hesablayır ki, Yaxın Şərqdəki qarışıq vəziyyətdə onların üz-üzə gəlməsi hər iki tərəfin maraqlarına heç bir fayda verməyəcək. Əgər müharibə reallaşarsa, qalibin kimliyindən asılı olmayaraq, bölgədə liderliyə iddialı İran, Səudiyyə Ərəbistanı, Misir kimi dövlətlərin İsrail və Türkiyədən daha geniş perspektivə sahiblənməsinə gətirib çıxara bilər. Eyni zamanda son günlər baş verən qarışıqlıqlar da başadüşüləndir. İstər Türkiyə, istərsə də İsrail öz maraqlarından çıxış etməyə, yəni Yaxın Şərqdə əsas dövlətə çevrilməyə çalışırlar. Türkiyənin tarixi, etnik, dini və siyasi baxımdan İsrailə nisbətən bölgədə mövqeyi daha güclüdür. Ən azından regionda Türkiyənin faktiki düşməni yoxdur. Amma İsrail sərhəddə olan bir çox dövlətlə demək olar ki, düşmən münasibətindədir. Ona görə də İsrail çalışır ki, Türkiyənin bu üstünlüyünü aradan qaldıracaq geosiyasi reallıq formalaşdırsın. Rəsmi Ankara isə özünü zərərə sürükləyəcək qərarlar vermək istəmir. Bu mənada sözügedən dövlətlərin heç biri qarşı tərəfə zərbə endirmək versiyası üstündə işləmirlər".
Şərhçinin sözlərinə görə, Türkiyə və İsrail yenə də ənənəvi formada, diplomatik kanallar vasitəsilə regionda öz təsirlərini yaymaq siyasətindən istifadə edəcəklər:
"Digər tərəfdən müharibə o halda mümkündür ki, artıq kənar faktorlar Yaxın Şərqdə ciddi qarışıqlıq yaratsınlar. Məhz belə olan halda İsrail ABŞ-nin və ya Qərbin verdiyi dəstəklə ərazilərini genişləndirmək məsələsini aktuallaşdırar. Nəticədə Türkiyə də öz maraqlarını qorumaq üçün duruma qarşılıq verə bilər. Lakin bunlar baş verməsə, münasibətlər indiki kimi diplomatik və siyasi müstəvilərdə qarşıdurma formasında davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya