ABŞ-nin Azərbaycandakı müvəqqəti İşlər Vəkili Emi Karlon Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü İdarəetmə Stansiyasını ziyarət edib.
"APA-Economics" bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, E.Karlon Azərbaycanın qlobal kosmik sektorda artan rolu barədə məlumat alıb.
Qeyd edilib ki, ABŞ və Azərbaycan elm və texnologiya vasitəsilə innovasiyanı, əlaqəliliyi və ortaq rifahı təşviq etmək məqsədilə kosmik sektor üzrə əməkdaşlıqlarını daha da möhkəmləndirir.