İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.
Sherg.az xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, hücum zamanı Əli əs-Salem aviabazasında yerləşən Patriot hava hücumundan müdafiə sistemi, hərbi texnika anbarı və MQ-9 pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar, həmçinin Əl-Ədiri hərbi düşərgəsindəki iki helikopter anqarı hədəfə alınıb.
İran tərəfi hücum nəticəsində ABŞ hərbçiləri arasında ölən və yaralananların olduğunu, hərbi texnikaya ciddi ziyan dəydiyini iddia edib. ABŞ tərəfi isə bununla bağlı hələlik rəsmi açıqlama verməyib.