İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Komandanlığı Hörmüz boğazı ilə bağlı açıqlama yayıb.
Teleqraf xəbər verir ki, açıqlamada deyilir: "Hörmüz boğazının giriş və çıxışı dəqiq müəyyən edilib və bizim mütləq nəzarətimiz altındadır. Alternativ marşrutlar təhlükəlidir. Biz xəbərdarlıq edirik ki, Hörmüz boğazından alternativ marşrutlardan istifadə sağalmaz nəticələrə səbəb olacaq".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə İranı Hörmüz boğazı ilə bağlı xəbərdar edib: "Bundan sonra İran Hörmüz boğazında gəmiyə raket, dron və ya hər hansı formada hücum etsə, ABŞ paytaxt Tehranda yerləşən körpülər də daxil olmaqla, infrastruktura hücumlar edəcək".